XƏBƏRLƏR / Qonşular

Azərbaycan ərazisinə keçən iki gənc Ermənistana qaytarılıb

Bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts bildirib

Azərbaycan ərazisinə keçən iki gənc Ermənistana qaytarılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.

    Bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts “Sputnik Armeniya”ya məlumat verib.

    Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.

    Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib.

    MTX-dən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib.

    Qeyd edək ki, Ermənistan MTX Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdüyü barədə bu gün səhər məlumat yaymışdı.

    Məlumatda bildirilirdi ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.

    Ermənistan MTX ehtimal edirdi ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.

    Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.