XƏBƏRLƏR / Qonşular

Simonyan Ermənistadakı parlament seçkisi tarixini açıqlayıb

Ermənistan parlamentinin spikeri bunu jurnalistlərə elan edib

Simonyan Ermənistadakı parlament seçkisi tarixini açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan parlamentinin spikeri Alen Simonyan 2026-cı il parlament seçkilərinin tarixini açıqlayıb.
    "Bu gün iyunun 7-dir. Ermənistan parlamentinə növbəti seçkilərə düz bir il qalıb. Seçki 7 iyun 2026-cı ildə keçiriləcək. Geri sayım başladı..." - o deyib.

    Ermənistan müxalifətinin 365 günü var ki, birləşib Paşinyanı və onun “Mülki müqavilə” partiyasını devirməyə cəhd etsin. Əgər onlar 2021-ci ildə olduğu kimi yenidən uğursuzluğa düçar olsalar, bu o demək olacaq ki, erməni cəmiyyətində ağıl işarəti və özünü qoruma instinktinin rüşeymləri mövcuddur.