Tehranda 5 dövlət başçısı Xəzəri xilas etməyə cəhd edəcək
İran gələn il Xəzəryanı dövlətlərin sammitinə ev sahibliyi edəcək
Tehran Xəzəryanı dövlətlərin sammitinə ev sahibliyi edəcək.
Gələn il Tehran Xəzəryanı dövlətlərin dövlət başçılarının sammitinə ev sahibliyi edəcək və burada 11 əməkdaşlıq sənədinin imzalanması planlaşdırılır. İran mediası xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini, İranın Xəzər Dənizi üzrə xüsusi nümayəndəsi Kazem Qəribabadi məlumat verib.

O, sammitə hazırlıqların artıq başladığını bildirib. Qeyd olunur ki, Xəzər dənizində suyun səviyyəsi son illərdə azalmaqda davam edir: son beş ildə təxminən bir metr azalıb.
1 dəqiqədən az