Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda olub
Bu barədə Rusiya KİV-i məlumat yayıb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin oktyabrın 2-də Bakıya səfər edib.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Narışkin oktyabrın 2-3-də Bakıda olub və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
O, sensasion bəyanatla çıxış edib ki, Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları bu yaxınlarda “amerikalıların rus diplomatına qarşı təxribat xarakterli təhdidinin” qarşısını alıblar. Narışkin başqa təfərrüatları açıqlamayıb.
Xarici Kəşfiyyat Xidməti vurğulayır ki, Rusiya Federasiyası və Azərbaycan Qərbin xüsusi xidmət orqanlarının hər iki ölkədə daxili vəziyyətə xələl gətirmək cəhdlərinə qarşı mübarizəyə xüsusi yer ayırır.
Bundan əlavə, Narışkin Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovla görüşdə xarici xüsusi xidmət orqanlarının qeyri-sistemli müxalifətdən istifadəsinə qarşı mübarizənin vacibliyini qeyd edib.