XƏBƏRLƏR / Qonşular

Pezeşkian iki həftə ərzində Ermənistana səfər edəcək

Bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi deyib

Pezeşkian iki həftə ərzində Ermənistana səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezdenti Məsud Pezeşkian iki həftə ərzində Ermənistana səfər edəcək.

    Bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib.

    Onun sözlərinə görə, Prezident Pezeşkianın Çinə səfəri də nəzərdə tutulub. O, Şanxay Əməkdaşlıq Təşkilatı liderlərinin sammitində iştirak etmək üçün ora gedəcək.

    Qeyd edək ki, Məsud Pezeşkian İraq, Azərbaycan, Türkmənistan, Tacikistan, Oman, Qətər, Rusiya, Misir və Pakistanda səfərdə olub.