İstanbul hava limanı Avropanın ən işlək aeroportu seçilib
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb

Beynəlxalq hava nəqliyyatı statistikasına əsasən, İstanbul hava limanı gündə orta hesabla 1485 uçuşla Avropanın ən işlək, dünyanın isə 7-ci aeroportu seçilib.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.
“İyulun 24-də açıqlanan hesabata daxil edilən beynəlxalq 25 hava limanı arasında İstanbul aeroportu 15-21 iyul tarixləri arasında gündəlik orta hesabla 745 təyyarənin havaya qalxması ilə dünyada 7-ci yerdədir. İstanbul aeroportu dünya reytinqində Avropanı birinci yerdə təmsil edir”, - deyə Uraloğlu bildirib.
Nazir Türkiyənin Avropanın ən işlək aeroportlarına sahib ölkələr arasında gündə orta hesabla 3 min 959 uçuşla 6-cı yerdə qərarlaşdığını, hər uçuşun 0,5 dəqiqədən az gecikmə ilə isə ən səmərəli hava məkanları arasında yer aldığını deyib.