Sabah İranın yeni prezidentini Xameneyi təsdiq edəcək
Bu barədə İRNA xəbər yayıb
Sabah İranın yeni prezidentinin Xameneyi tərəfindən təsdiq edilməsi mərasimi keçiriləcək.
İRNA xəbər verir ki, sabah yerli vaxtla saat 10:00-da İranın ali lideri Əli Xameneyi tərəfindən Məsud Pezeşkianın prezidentlik postuna təsdiq edilməsi mərasimi baş tutacaq.
Məlumata görə, tədbirdə Xameneyi ilə yanaşı hökumət rəsmiləri, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər.
Bildirilib ki, mərasim İranın rəsmi dövlət kanallarında, o cümlədən Xameneyinin internet saytında canlı yayımlanacaq.
Qeyd edək ki, prezident fərmanının icrası İran Konstitusiyasının 110-cu maddəsinin 9-cu bəndinə əsasən, andiçmə mərasimindən əvvəl keçirilir.