İrəvan “3+3” formatının Türkiyə görüşünə hələ qərar verməyib
“Sputnik Armenia” xəbər verir

İrəvan Xarici İşlər Nazirliyi rəhbərlərinin Türkiyədə keçiriləcək “3+3” formatında keçiriləcək görüşündə iştirakla bağlı hələ qərar verməyib.
Bu qənaətə Ermənistan Xarici İşlər Nazirliyinin “Sputnik Armenia”nın yazılı sorğusuna verdiyi cavabdan da gəlmək olur.
Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani Xarici İşlər Nazirliyi rəhbərlərinin “3+3” formatında növbəti görüşünün yaxın vaxtlarda Türkiyədə keçiriləcəyini bildirmişdi.
“Əgər “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan XİN-dən qeyd ediblər.