XƏBƏRLƏR / Qonşular

Erməni katolikosu da ABŞ-a yollanıb

Bu barədə erməni mətbuatı xəbər verir

Erməni katolikosu da ABŞ-a yollanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 8-də bütün ermənilərin katolikosu II Qaregin ABŞ-ın Şərqi Erməni Yeparxiyasına bir həftəlik patriarxal səfərə gedib.

    Qaregin Müqəddəs Eçmiədzin Ana Taxtının yeparxiya rəhbəri, din xadimləri və xeyriyyəçilərlə görüşlər keçirərək Ana Taxt-tac tərəfindən həyata keçirilən proqramları müzakirə edəcək.

    Qeyd edək ki, erməni kilsəsi və ABŞ-dakı diaspora Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının qəti əleyhinə çıxış edirlər.