Mustafayevlə Qriqoryan sabah Qazax-İcevan sərhədində görüşür
Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyasını müzakirə edəcək
Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Qazaxda sərhədlərin delimitasiyasını müzakirə edəcək.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş noyabrın 30-da baş tutacaq.
Görüşün Qazax-İcevan sərhədində keçiriləcəyi qeyd edilib.