Xəzər “beşliyi”nin xarici işlər nazirləri Moskvada görüşəcək
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib
Xəzər “beşliyi”nin xarici işlər nazirləri dekabrın 5-də Moskvada bir araya gələcək.
“Dekabrın 5-də Moskvada ölkəmizin xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı dövlətlərin: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
O əlavə edib ki, bu formatda Nazirlər Şurasının iclası çərçivəsində Rusiya xarici işlər nazirinin həmkarları ilə bir sıra ikitərəfli görüşləri planlaşdırılır.