"Rusiyanın TRIPP-də iştirakı bir qədər absurd görünür"
Bu beyanatı Ermənistan Parlamentinin sədri Alen Simonyan erib
Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP-də iştirakını "bir qədər absurd" adlandırıb.
"TRIPP Ermənistan və ABŞ arasında bir layihədir. Əgər söhbət marşrut və ya yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır, amma TRIPP çərçivəsində bu, mənə bir qədər absurd görünür", - deyə Ermənistan Parlamentinin sədri Factor.am-a verdiyi müsahibədə 5-6 fevral tarixlərində Rusiyaya səfəri zamanı Moskvanın layihədə iştirakını müzakirə etmək ehtimalını şərh edərkən bildirib.
1 dəqiqədən az