Rusiya Rövşən Əsgərovu "ekstremist və terrorçu" elan etdi
Şimal qonşumuz daha bir anti-azəraycan addımını atdı

“Nə? Harada? Nə vaxt?" İntellektual oyunun iştirakçısı Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçular siyahısına daxil edilib.
Bu barədə məlumatı “Rosfinmonitorinq” yayıb.
Xatırladaq ki, 2022-ci ilin aprelində Rusiya İstintaq Komitəsi Əsgərova qarşı sosial şəbəkələrdəki nəşrlərə görə "nasizmin reabilitasiyasına" görə iş açıb. Prosesə səbəb jurnalistin Sovet marşalı Georgi Jukovun "şanlı qələbələri" kütləvi əsgər ölümü hesabına başa gəldiyini yazıb. Rusiya hakimiyyəti bunu marşalın təhqiri kimi səciyələndirib.
Həmin ilin may ayından Əsgərov federal axtarışa verilib və eyni zamanda Moskvanın Basmannı məhkəməsi onun qiyabi həbsinə qərar verib.
Artıq 2022-ci ilin dekabrında jurnalist Rusiya Federasiyası Ədliyyə Nazirliyinin qərarı ilə "xarici agentlər" siyahısına əlavə edilib.