XƏBƏRLƏR / Qonşular

Kobaxidze qazla təchizata görə Azərbaycana təşəkkür edib

Gürcüstanın Baş naziri Parlamentə illik hesabat verib

Kobaxidze qazla təchizata görə Azərbaycana təşəkkür edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Biz Azərbaycan ilə təbii qaz təchizatı sahəsində çox vacib danışıqlar aparmışıq və optimal, münasib qiymətə iki milyard kubmetrdən çox qaz zəmanəti almışıq.

    Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Parlamentə illik hesabatı zamanı deyib.

    Onun sözlərinə görə, hesabat dövründə qazlaşdırma prosesi zamanı təxminən 10 min ev təsərrüfatını əhatə edən 60-dan çox yaşayış məntəqəsi qaz təchizatı şəbəkəsinə qoşulub.

    “Ölkəmiz üçün fundamental əhəmiyyət kəsb edən qaz təchizatı ilə bağlı dost ölkəmiz olan Azərbaycanla çox vacib danışıqlar apardıq və bu danışıqlar böyük uğurla başa çatdırılıb. Danışıqlar və əldə edilən nəticələr üçün həm İqtisadiyyat Nazirliyinə, həm də azərbaycanlı dostlarımıza təşəkkür etmək istəyirəm. Bu, ölkənin enerji təhlükəsizliyi üçün çox vacibdir”, - deyə Baş nazir bildirib.