Türkiyədə FETÖ təşkilatı ilə əlaqəli min nəfər həbs edilib
Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib
Türkiyənin 81 əyalətində FETÖ təşkilatı ilə əlaqəli 968 şübhəliyə qarşı əməliyyatlar başlayıb.
Ən çox həbsin Ankara, İstanbul və İzmirdə aparılacağı gözlənilir.
Türkiyənin ədliyyə naziri Akın Gürlek 15 iyul 2016-cı ildə ölkədə hökuməti zorla devirməyə cəhd edən cinayətkar təşkilatın tərəfdarlarına qarşı mübarizə aparmaq əzmini vurğulayıb.
1 dəqiqədən az