ATƏT Gürcüstan hökumətini dəyişdirməyə cəhd göstərir
Bu bəyanatla Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edib
Gürcüstanın Baş naziri ATƏT-i ölkə hökumətini dəyişdirməyə cəhddə günahlandırıb.
İrakli Kobaxidze bir neçə gün əvvəl qəbul edilmiş ATƏT Parlament Assambleyasının qətnaməsini absurd adlandırıb və təşkilatın açıq şəkildə Gürcüstana təzyiq göstərməkdə iştirak etdiyini iddia edib.
"Qeyri-rəsmi oliqarxik təsir altında fəaliyyət göstərən digər Avropa institutları kimi, ATƏT də artıq açıq şəkildə Gürcüstanda ədalətsiz və utancverici ittihamlar, sanksiyalar, təzyiq və digər şantaj vasitələri ilə hökuməti dəyişdirmək və onu "dərin dövlətin" itaətkar agentləri ilə əvəz etmək məqsədi daşıyan bir prosesdə iştirak edib", - deyə İrakli Kobaxidze bildirib.
1 dəqiqədən az