Yeni Şimal-Cənub Dəhlizi bəyannaməsi imzalanacaq
Bunu İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iranlı həmsədri Mehrdad Bəzrpaş deyib
İranın yol və şəhərsalma naziri və İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iranlı həmsədri Mehrdad Bəzrpaş Trend agentliyinə üsahibəsində deyib ki, İran, Azərbaycan və Rusiya arasında üçtərəfli şəkildə (9 sentyabr 2022) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.
"Yaxın gələcəkdə Şimal-Cənub Dəhlizinin bütün istiqamətlərdə (quru yol, dəmiryol, dəniz yolu) təkmilləşdirilməsi məqsədilə bu bəyannamənin yüksək səviyyədə imzalanacağı gözlənilir. İran, Azərbaycan və Rusiya arasında üçtərəfli şəkildə əməkdaşlıqların inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu istiqamətdə iclasların təşkil olunması nəzərdə tutulub. Region ölkələri arasında müştərək layihələrdən biri İran, Azərbaycan və Rusiya elektrik şəbəkəsinin sinxronlaşdırılmasıdır. Bununla əlaqədar müxtəlif işlər həyata keçirilib və gələcəkdə üç ölkə arasında elektrik mübadiləsinin şahidi olacağıq.