XƏBƏRLƏR / Qonşular

Türkiyənin müdafiə naziri Ermənistana çağırış edib

Yaşar Gülər: İndi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni fürsətlər yaranıb

Türkiyənin müdafiə naziri Ermənistana çağırış edib
Yaşar Gülər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəkləyirik”.

    Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​deyib.

    Onun sözlərinə görə, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni fürsətlər yaranıb: “Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşmaya mümkün qədər tez nail olacağıq”.