İstanbulun Taksim prospektində oxşar terror aktına hazırlaşan PKK/KCK terror təşkilatının üzvü Gülda Bebek Konyada keçirilən əməliyyatla yaxalanıb. Bu barədə TRT Haber məlumat yayıb. İranda PKK/KCK terror təşkilatının tərkibində xüsusi təyinatlı deyilən qrup kimi fəaliyyət göstərən "Xweza Lilaw" kod adlı Gülda Bebek adlı terrorçunun 2022-ci ildə sensasion aksiya keçirmək üçün ölkəyə daxil olduğu öyrənilib.
Terrorçunun Konyanın Meram rayonundakı ünvanda gizləndiyi və təşkilatın yuxarı rəhbərliyindən aksiya üçün təlimat gözlədiyi müəyyən edilib.
Təhlükəsizlik Baş İdarəsi Kəşfiyyat Müdirliyi, Diyarbəkir və Konya Şəhər Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən aparılan iş nəticəsində müəyyən edilən ünvanda əməliyyat keçirilib. Terrorçu fevralın 23-ü axşam saatlarında keçirilən əməliyyat zamanı yaxalanıb.
Ünvanda aparılan axtarışda tapança və 2 maqazin, 31 patron, elektron alət və bomba istehsalında istifadə olunan materiallar ələ keçirilib.
O, Taksimdə analoji hücuma hazırlaşırmış.
Terrorçunun ötən ilin noyabrında İstanbul Taksimdə 6 nəfərin həyatını itirdiyi eyni hücumu həyata keçirmək üçün son hazırlıqları gördüyü müəyyən edilib.
Tutulan PKK/KCK terror təşkilatı üzvü ilə əlaqədar 3 nəfər də saxlanılıb.
Şübhəlilərin istintaqı davam etdirilir.