Ermənistan Daxili İşlər Nazirliyi erməniləri xəbərdar edir
Xəbərdarlıq Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ətrafındakı olaylarla bağlıdır
Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir:
"Sosial şəbəkələrdə və KİV-də yayılan məlumatlara cavab olaraq bildiririk ki, ətraf ərazilərdə aparılan minalardan təmizləmə işlərinin təmin edilməsi və onların təhlükəsizliyini təmin etmək məqsədilə vətəndaşların yaxınlıqdakı minalanmış ərazilərə daxil olmasının qarşısının alınması məqsədilə Bağanis-Voskepar avtomobil yolu bağlanıb. Bu gün Bağanis-Voskepar hissəsində demarkasiya ilə bağlı işlərin aparılması planlaşdırılır.
Onu da nəzərinizə çatdırırıq ki, Ermənistan Respublikasının suveren ərazisinin hər hansı bir hissəsinin Azərbaycana veriləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu gün Ermənistan-Azərbaycan təmas xəttində hər hansı dəyişiklik nəzərdə tutulmadığını vurğulayırıq. Sərhədin demarkasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi Ermənistan Respublikasının sərhəd qoşunlarına veriləcək".