XƏBƏRLƏR / Qonşular

Sarkisyan Paşinyanı devirməyin yolunu dedi

"Etimadsızlıq"...

Sarkisyan Paşinyanı devirməyin yolunu dedi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən düzgün və əlçatan yolu ona etimad göstərməməkdir". Bunu tərəfdarları ilə birlikdə ənənəvi məşəl yürüşündə iştirak edən Ermənistanın üçüncü prezidenti, Respublika Partiyasının rəhbəri Serj Sarkisyan bildirib. O deyib ki, etimadsızlıq bildirməyin vaxtı gələcək.

    Sarkisyan “niyə indi belə bir prosesə başlanılmır” sualına cavab verərkən bildirib ki, bu, ictimai təzyiq tələb edir.

    Eks-prezident vaxtilə ondan imtina edən vətəndaşlardan küskünlüyünü də ifadə edib. Deyib ki, 2018-ci ildə hakimiyyətin dəyişdirilməsinə susan vətəndaşlar indi ondan çətin vəziyyətdən çıxış yolları tapmağı tələb edirlər.

    “Nə vaxt görəndə ki, bunu çox adam istəyir, onda sizə həll yollarını deyəcəyəm”, - Sarkisyan deyib.

    Tavuşda baş verən hadisələrə və hakimiyyətin Ermənistanın təhlükəsizliyini təmin edəcəklərinə dair verdiyi vədlərə toxunan Sarkisyan bildirib ki, o, bu bəyanatlarda “heç bir məntiq eyhamı görmür”. “Onlar istədiklərini deyə bilərlər, nə əhəmiyyəti var? Bu gün bir şey deyəcəklər, sabah tamam başqa şey”.

    Tavuşdakı hazırkı qiyamın son nəticədə hakimiyyət dəyişikliyinə gətirib çıxara biləcəyi ilə bağlı suala Serj Sarkisyan cavab verib ki, bunu proqnozlaşdırmaq çətindir.