Ermənilər Zod yatağının istismarına başlamaq istəyirlər
"Sputnik Armenia" məlumat yayıb
"Bir illik fasilədən sonra Zod yatağından (Kəlbəcər-Basarkeçər istiqaməti) qızıl filizi daşınmasını bərpa edəcək".
Cənubi Qafqaz Dəmir Yolunun rəisi Aleksey Melnikov "Sputnik Armenia"ya müsahibəsində “Biz və “GeoPromining Gold” şirkətindən olan hörmətli tərəfdaşlarımız qərara gəldik ki, iyun ayından Zod stansiyasından Ararat stansiyasına qızıl filizi nəqlinə başlamalıyıq”.
Eyni zamanda o, qeyd edib ki, əvvəlki həcmlər barədə danışmaq hələ tezdir.
Qeyd edək ki, mədən Kəlbəcər ermənilərin işğalında olanda Ermənistan tərəfindən qanunsuz olaraq tam istismar edilirdi. Lakin İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qələbəsindən sonra hasilat dayandırılıb.
"GeoProMining" Rusiyada (qızıl və stibium hasilatı) və Ermənistanda (qızıl, gümüş, mis və molibden hasilatı) aktivləri olan mədən şirkətidir. Rus iş adamı Roman Trotsenko şirkətin nəzarət səhmdarıdır.
Qeyd edək ki, 112 ton qızıl ehtiyatları olan Zod yatağı Cənubi Qafqazda başqa yataqlarla müqayisədə ən yüksək iqtisadi göstəricilərə malikdir - 1 ton filizdə 7,3 qram qızıl.
Zod-Söyüdlü qızıl mədəninin 74%-i Azərbaycanın Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalır.