Əhmədinejad İran prezidentliyinə namizəd oldu
İranda prezident seçkilərində 14 namizəd rəsmən qeydə alınıb
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçib.
Bu gün eyni zamanda, İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili də prezidentliyə namizəd kimi qeydə alınıb.
İRNA agentliyi xəbər verir ki, İranda prezident seçkilərində 14 namizəd rəsmən qeydə alınıb.
Agentliyin məlumatına görə, qeydiyyatın ilk günü deputat Məsud Pezeşkiyan, deputat Əhməd Rəsulinejad və İranın ali dini lideri Əli Xamneyinin administrasiyasında çalışmış Vahid Xaqanian tərəfindən ərizələr verilib. Onların məlumatları lazımi tələblərə tam cavab verir.
Mayın 21-də İran Konstitusiyasının Keşikçilər Şurası ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərinin tarixini iyunun 28-nə təsdiqləyib.