XƏBƏRLƏR / Qonşular

Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Hazırda Moskva vilayətində meymunçiçənə yoluxduğu şübhəli bilinən üçüncü şəxsin axtarışı aparılır

Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəstə virusa Rusiya daxilində yoluxub, o, hazırda Moskvanın Domodedovo xəstəxanasında təcrid olunub.

    Onun tanışı olan kişi də oxşar simptomlarla xəstəxanaya yerləşdirilib, lakin diaqnoz hələ təsdiqlənməyib.

    Virusa yoluxanla təmasda olan üçüncü şəxslə isə əlaqə itib. O, virusa yoluxmuş kişi ilə təmasdan sonra yoxa çıxıb. Hazırda Moskva vilayətində meymunçiçənə yoluxduğu şübhəli bilinən üçüncü şəxsin axtarışı aparılır.