Bakı və İrəvanın nümayədələri yaxın 2 gündə görüşəcək
Baş nazirin müavini Şahin Mustafayevlə görüşü onun Ermənistan həmkarı Mher Qriqoryanın ofisi anons edib
Baş nazirin müavini Mher Qriqoryanın ofisindən bildirilib ki, ayın sonuna qədər ölkələr arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası məsələləri üzrə Ermənistan və Azərbaycanın müvafiq komissiyalarının iclası keçiriləcək.
Qeyd edək ki, Qriqoryanın ofisi bir müddət əvvəl Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın iclasında komissiyanın əsasnaməsi layihəsinin müzakirə olunacağını bildirib.
Bundan əvvəlki görüş ötən il noyabrın 30-da baş tutub. İclasa hər iki ölkənin baş nazirinin müavinləri – Azərbaycandan Şahin Mustafayev və Ermənistandan Mher Qriqoryan sədrlik edib.