ABŞ-ın Türkmənistanla münasibətləri aktivləşib
Türkmənistan XİN rəhbəri ABŞ-da, ABŞ generalı isə Aşqabadda
Dövlət katibi Ənntoni Blinken Vaşinqtonda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşüb.
Eyni zamanda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl "Erik" Kurilla Türkmənistana səfər edib və burada ölkənin aşağıdakı güc strukturlarının rəhbərləri ilə görüşüb:
▪️ Müdafiə Nazirliyi;
▪️ Silahlı Qüvvələrin Baş Qərargahı;
▪️ Hərbi kəşfiyyat;
▪️ Milli Təhlükəsizlik Nazirliyi;
▪️ Sərhəd xidmətləri.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya regionlarında hərbi əməliyyatların baş verəcəyi təqdirdə əməliyyatların planlaşdırılmasına və ABŞ qüvvələrinə komandanlıq və nəzarətə cavabdehdir.