XƏBƏRLƏR / Qonşular

Türkiyədə benzinin qiyməti bir anda 20%-dən çox bahalaşıb

Yanacağın qiymətlərinin artırılması ilə bağlı qərar Hökumət Qəzetində dərc olunub

Türkiyədə benzinin qiyməti bir anda 20%-dən çox bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə benzinin qiyməti bir anda 20%-dən çox bahalaşıb.

    Yanacağın qiymətlərinin artırılması ilə bağlı qərar Hökumət Qəzetində dərc olunub. İndi benzinin bir litri yanacaqdoldurma məntəqələrində 28,05 lirə (1,80 AZN) əvəzinə 34,05 lirə (2,21 AZN), dizel yanacağı bir gün əvvəl 26,32 (1,71 AZN) olduğu halda 32,32 lirəyə (2,09 AZN) satılır. Eyni zamanda, bu ilin əvvəlindən Türkiyədə yanacaq 60%-dən çox bahalaşıb.