İranın Rəşt-Astara dəmir yolunu tikməmək üçün yeni bəhanəsi
Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali danışıb
İranın Rusiyadakı səfiri: Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün son tarixlər müharibə səbəbindən təxirə salınıb
İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün icra müqaviləsinin imzalanması Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən təxirə salınıb.
Onun sözlərinə görə, İran tərəfi layihənin icrasına 2026-cı ilin sonuna qədər başlamağı planlaşdırır. O qeyd edib ki, tərəflər əvvəlcə bu dəmir yollarının tikintisi üçün icra müqaviləsini bu ilin 1 aprelində imzalamaq barədə razılığa gəliblər, lakin ABŞ və İsrail "müharibəyə başlayıblar".
1 dəqiqədən az