Paşinyanın partiyasının reytinqi ən aşağı səviyyəyə düşüb
Bu Gallup Beynəlxalq Assosiasiyasının Ermənistanda keçirdiyi sorğuda məlum olub

Paşinyanın partiyasının reytinqi ən aşağı səviyyəyə düşüb
Gələn bazar günü parlament seçkilərinin keçiriləcəyi təqdirdə Ermənistan vətəndaşlarının yalnız 11,3%-i hakim “Mülki Müqaviləsi” partiyasına səs verməyə hazırdır.
Bu barədə Gallup Beynəlxalq Assosiasiyasının nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.
“Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir”, o qeyd edib.
Reytinqdə baş nazir Nikol Paşinyanın partiyasından sonra ikinci yerdə bədnam videobloqer Vardan Qukasyanın (“İt”) yaratdığı MLC partiyası qərarlaşıb, respondentlərin 6,8%-i MLC-yə səs verməyə hazırdır. İlk üçlüyü 6,5% reytinqlə ikinci prezident Robert Köçəryanın “Hayastan” bloku qapayır.
Bundan başqa,
Vətəndaşların 58,5%-i hesab edir ki, Ermənistan yanlış istiqamətdə gedir.
Ermənistandakı Gallup Beynəlxalq Assosiasiyası vətəndaşlar arasında sorğu keçirərək Ermənistanın bütövlükdə doğru və ya yanlış istiqamətdə hərəkət etdiyini soruşub.
Sorğunun nəticələri aşağıdakı kimidir:
- düzgün istiqamətdə - 9,5%
- doğru istiqamətdə - 14,7%
- daha çox yanlış istiqamətdə - 19,7%
- yanlış istiqamətdə - 38,8%
- cavab verməkdə çətinlik çəkirəm - 17,2%
Bu, yanvarın 20-22-də 1,1 min vətəndaş arasında keçirilən sorğunun nəticələrinə əsasən məlum olub.