"Qarabağ hərəkatı"nın davamı Azərbaycanla münaqişə deməkdir
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib
Ermənistanın Baş naziri Nikol Paşinyan deyir ki, "Qarabağ hərəkatını" davam etdirmək Azərbaycanla münaqişəni yeniləmək deməkdir.
Ermənistan mediası Baş nazirin sözlərini sitat gətirir: "Əgər bu gün yeni Konstitusiya qəbul etsək və həmin Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad varsa, bu, "Qarabağ hərəkatını" davam etdirdiyimiz anlamına gələcək.
Əgər "Qarabağ hərəkatını" davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək və əgər Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək".
1 dəqiqədən az