2026-nın əvvəli Ermənistanla bağlı simvolik addımlar olacaq
Bunu Türkiyə Prezidenti Ərdoğan bəyan edib
Prezident Rəcəb Tayyib Ərdoğan Beştəpə Milli Sərgi Salonunda keçirilən 16-cı Səfirlər Konfransında mühüm açıqlamalar verib.
Ərdoğan Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma prosesi haqda danışıb:
"İllərdir sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dönəmdən keçir. Azərbaycan və Ermənistan Sülh sazişi imzalamağa heç olmayan qədər yaxındılar. Prosesə yaxın olaraq, Azərbaycanla diaoloq şəraitində biz də Ermənistanla normallaşma prosesini davam edirik.
Ermənistanla münasibətlərin normallaşdırılması prosesini irəli aparırıq. Gələn ilin əvvəlindən etibarən bir sıra simvolik addımlar atacağıq."
Daha sonra Türkiyə Prezidenti Qara dənizdəki gəmilərə hücumlarla bağlı deyib:
Ərdoğan mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq etdiklərini vurğulayıb.
“Ticarət gəmilərini və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Bu məsələ ilə bağlı xəbərdarlıqlarımızı hər iki tərəfə açıq şəkildə çatdırırıq”, - Ərdoğan qeyd edib.
1 dəqiqə