Türkiyədə dövlət qurumları qənaət rejiminə keçir
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek dövlət qurumlarında qənaət rejiminə keçilməsi ilə bağlı qərar imzalayıb.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
M.Şimşekin imzaladığı qərara əsasən, zəlzələdən sonra əmələ gələn problemlərin maliyyələşdirilməsi xaric olmaqla, bütün dövlət qurumlarının xərclərində qənaət tətbiq olunacaq.
Nəqliyyat vasitələri, inzibati binalar, tədbirlərin təşkili. piar xərcləri kimi bir çox istiqamətlərdə ixtisarlar həyata keçiriləcək.