Erməni KİV-ləri 1 apreldə Paşinyanı istefaya göndərdi
Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan bunu təkzib etməyə məcbur olub
Bəzi Ermənistan KİVləri bu gün aprelin 1-ində baş nazir Nikol Paşinyanın istefaya getməsi haqda xəbər yayıb.
İş o yerə çatıb ki, baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan 1 aprel zarafatını təkzib etməyə məcbur olub:
“Bəzi KİV-lər ictimaiyyəti çaşdırmaq üçün baş nazirin istefasından tutmuş növbədənkənar seçkilərə qədər saxta xəbərlər yayırlar.
Maraqlıdır ki, yalan xəbərlər yayan eyni media üçün bütün il boyu 1 Aprel günüdür.
Xahiş edirəm, belə nəşrləri ciddi qəbul etməyin, hamının əhval-ruhiyyəsi yüksəkdir və 1 aprel bayramı mübarəkdir”.