XƏBƏRLƏR / Qonşular

İran öz terrorçusunu niyə ikinci dəfə mühakimə edir?

İran XİN sözçüsü Nasir Kənani: Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məhkəmənin hökmü tezliklə açıqlanacaq

İran öz terrorçusunu niyə ikinci dəfə mühakimə edir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məhkəmənin qərarı tez bir vaxtda açıqlanacaq".

    Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

    Lakin kecən ilin oktyabrında İran məhkəməsi artıq terrorçu Yasin Hüseynzadə haqqında ölüm hökmü çıxarmışdı: "İranın Ali Məhkəməsi 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumda təqsirli bilinən Yasin Hüseynzadəni edam cəzasına məhkum edib.

    Xəbər verildiyi kimi, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. "Kalaşnikov" avtomatı ilə silahlanmış terrorçu diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Silahlı hücumu dəf edərkən onun daha iki əməkdaşı yaralanıb.

    Molla rejimi əvvəl terrorçunu ruhi xəstə elan etdi. Sonra İran dövlət televiziyası "ruhi xəstədən" müsahibə götürüb efirə verdi.

    Daha sonra İran məhkəmənin gedişi barədə məlumatları senyabrın sonunda verilməyə başladı.

    İndi isə məlum olur ki, 4 ay bundan əvvəl terrorçuya ölüm hökmü çıxarılmasına baxmayaraq, bu gün İran rəsmiləri "məhkəmənin hökmü tezliklə açıqlanacağını" deyir.

    Son nəticədə molla rejimi hansısa məhkəmədən təsvirlər yaydı, orada da terrorçunun üzü gizlədilib.

    Bu müttəhimin cani Yasin Hüseynzadə olduğunu sübut edən heç bir dəlil yoxdur. Müttəhimin sifətinin gizlədilməsi hansı məsələlələri ört-basdır etəyə yönəlib, aydın deyil. 

    Kimliyi məlum olmayan şəxsə niyə ikinci dəfə eyni məhkəmənin qurulduğu da aydın deyil.