Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bazar ertəsi keçirdiyi xüsusi brifinqdə vəzifəsini tərk etmək qərarını açıqlayıb.
Gələcəklə bağlı planlardan danışarkən o, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini tutmaq təklifini qəbul etdiyini qeyd edib.
Qaribaşvili iki dəfə baş nazir olub: 2013-cü ildən 2015-ci ilə qədə və 2021-ci ildən 2024-cü ilə qədər. O, 2012-ci ildən ölkəyə rəhbərlik edən “Gürcü Arzusu” partiyasının yaradılması zamanı milyarder Bidzina İvanişvilinin sağ əli olub.
Əvvəlcə Qaribaşvili Daxili İşlər Nazirliyinə rəhbərlik edib, sonra 2013-cü ildə İvanişvilinin özünü baş nazir kimi əvəzləyib və 2015-ci ilin sonuna qədər bu vəzifədə qalıb. Qaribaşvili o zaman Gürcüstan tarixində ən gənc baş nazir olub (31 yaş).