XƏBƏRLƏR / Qonşular

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıdadır

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıdadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

    Bakıda doğulmuş, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşdə ikitərəfli iqtisadi əlaqələrin perspektivləri, sənaye, investisiya, innovasiya və turizm sahələrində birgə fəaliyyətin gücləndirilməsi imkanları müzakirə olunub. 

    “Biz ticarət və işgüzar tərəfdaşlıqların dəstəklənməsi üçün mövcud potensialı qiymətləndirdik”, - nazir yazır.