XƏBƏRLƏR / Qonşular

Əsgərimiz hərbi cani Köçəryanla qonşu kamerada saxlanılır

Bu barədə Ermənistan müxalifəti xəbər yayıb

Əsgərimiz hərbi cani Köçəryanla qonşu kamerada saxlanılır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Erməni əsirliyində olan azərbaycanlı əsgər Nəsimi Rasim oğlu Musayev İrəvan istintaq təcridxanasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanla (hərbi cani - ANS Press) qonşu kamerada saxlanılır.

    Bu barədə Köçəryanın "Ermənistan" parlament blokunun rəhbəri deputat Anna Qriqoryan xəbər verib.

    Xatırladaq ki, Robert Köçəryan bu ilin abqustun 27-də həbs edilib.

    O, və onun oğlu Sedraka qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 epizod), xüsusilə külli miqdarda rüşvət alma (2 epizod) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (4 epizod) ittihamları üzrə açıq cinayət istintaqına başlanılıb.

    ****

    Qeyd edək ki, oktyabrın 2-də Ermənistan Baş Prokurorluğu qeyri-müəyyən şəraitdə sərhədi keçən və Zəngəzurda saxlanılan Azərbaycan əsgəri  Nəsimi Musayevə qarşı daha bir cinayət işi açıb və 2 aylıq həbs qəti imkan tədbirini tədbiq edib.

    Azərbaycan hərbçisi naməlum şəraitdə Ermənistana keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Ermənistan təhlükəsizlik qüvvələri Azərbaycan əsgərini Zəngəzurun Şaki kəndində saxlayıb.