XƏBƏRLƏR / Hərbi

Zəngəzurdə saxlanılan əsgərimiz İrəvana gətirilib

Bu barədə Ermənistan mediası xəbər verir

Zəngəzurdə saxlanılan əsgərimiz İrəvana gətirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi İrəvana köçürülüb.

    Zəngəzurun Şaki kəndində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev hadisədən sonrakı gecə Qarakilsədəki xəstəxanadan İrəvandakı tibb mərkəzinə köçürülüb.

    Müvafiq dövlət qurumları Azərbaycan vətəndaşının müalicə olunduğu konkret tibb müəssisəsini və ya onun hazırkı sağlamlıq vəziyyətini açıqlamayıb.

    Qeyd edək ki, oktyabrın 2-də Ermənistan Baş Prokurorluğu qeyri-müəyyən şəraitdə sərhədi keçən və Zəngəzurda saxlanılan Azərbaycan əsgərinə qarşı daha bir cinayət işi açıb.

    Azərbaycan hərbçisi naməlum şəraitdə Ermənistana keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Ermənistan təhlükəsizlik qüvvələri Azərbaycan əsgərini Zəngəzurun Şaki kəndində saxlayıb.