Finlandiyanın NATO-ya qoşulma məsələsi həll olundu
Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib. Türkiyə Macarıstandan sonra Finlandiyanın NATO-ya qəbul edilməsinə razılıq verən sonuncu üzv-ölkədir.
Xatırladaq ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokol 2022-ci il iyulun 5-də Brüsseldə imzalanıb.