Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, noyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow - 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.