XƏBƏRLƏR / Hərbi

Ermənistan tərəfi mövqelərimizi atəşə tutub

Ermənilər həm sərhəddə, həm də Qarabağda fəallaşıblar

Ermənistan tərəfi mövqelərimizi atəşə tutub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini  atəşə tutub.

    Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.

    Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.