XƏBƏRLƏR / Hərbi

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə hərbi təlim keçirəcək

Birgə hərbi təlimdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçiləri iştirak edəcək

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə hərbi təlim keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.

    Qeyd edilib ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə "Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası" üzrə fəaliyyətlər yerinə yetiriləcək.