Ermənistan Hindistandan Su-30MKI qırıcı təyyarələri alır
Hindistan mətbuatı yazır ki, söhbət 2,5-3 milyard dollar dəyərində 8-12 təyyarədən gedir
"Indian Defence News" qəzetinin verdiyi məlumata görə, Ermənistan Hindistandan HAL şirkəti tərəfindən istehsal olunan Su-30MKI çoxməqsədli qırıcı təyyarələrinin alınması üçün müqaviləni yekunlaşdırır.
Nəşrin məlumatına görə, 2,5-3 milyard dollarlıq müqaviləyə ilk mərhələdə 8-12 Su-30MKI təyyarəsinin çatdırılması, eləcə də əlaqəli təlim, yerüstü dəstək və silah inteqrasiyası daxil olacaq.
Təchizatların 2027-ci ilin sonuna qədər başlanması planlaşdırılır, təyyarələrin son partiyasının isə 2029-cu ilə qədər çatdırılması gözlənilir. Veb sayta görə, qırıcı təyyarənin Ermənistan versiyasında Hindistan komponentləri olacaq.
1 dəqiqədən az