“Anadolu Qartalı – 2026” təlimi başa çatıb VİDEO

Müdafiə Nazirliyi xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi yekunlaşıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə ölkəmizi təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.

    Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.