XƏBƏRLƏR / Hərbi

Ermənistanın iki əsgəri öldü YENİLƏNİB

"Sputnik Armenia"nın məlumatına görə, hadisə “dedovşina” ilə bağlıdır

Ermənistanın iki əsgəri öldü YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:33

    Əsgər həmkarını öldürüb və özünü güllələyib: Ermənistan İstintaq Komitəsi hərbi hissələrdən birində baş vermiş ölüm hadisəsinin təfərrüatlarını təqdim edib

    Bazar günü saat 16:00 radələrində gözətçi ona təyin edilmiş AK-74-dən vəzifədə olan böyük rütbəliyə atəş açıb, bundan sonra o, özünü çənəsindən güllələyib. İlkin məlumata görə, hadisə “dedovşina” ilə bağlıdır. Məlumatı "Sputnik Armenia" yayıb.

    ***

    Ermənistan Ordusunun “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları Artyom Haykazyan və Armen Xaçatryan odlu silahdan açılmış atəş nəticəsində ölümcül xəsarət alıblar.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Hadisə avqustun 27-də baş verib.

    Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.