Türkiyənin MKE şirkəti Azərbaycanda müdafiə şirkəti qurur
Şirkət Azərbaycan ordusunun ehtiyaclarını ödəyən bir sıra hərbi məmulatlar istehsal edəcək
Türkiyənin "Makina və Kimya Endüstrisi" (MKE) şirkəti Azərbaycanda yeni müdafiə müəssisəsi qurur.
MKE (Maşınqayırma və Kimya Sənayesi) şirkətinin baş direktoru İlhami Keleş Azərbaycanda qurduqları yeni şirkət haqqında danışıb.

Baş direktor bildirib ki, MKE 44 günlük müharibə üçün Azərbaycan ordusunun ehtiyaclarını müəyyən etmək və bu ehtiyacları mümkün qədər tez ödəmək üçün Türkiyə ilə geniş müzakirələrdən sonra mövcud münasibətləri gücləndirməyə başlayıb.
"Bu səylərin və qurduğumuz sıx əlaqələrin konkret göstəricisi olaraq, biz Azərbaycanda bir şirkət qururuq. Texnologiya transferi modeli vasitəsilə bir çox dost və müttəfiq ölkələrdə tətbiq etdiyimiz istehsal xətlərindən birinin tikintisinə başlamışıq və layihə üzərində işlər planlaşdırıldığı kimi davam edir", - deyə İlhami Keleş bildirib.
1 dəqiqə