XƏBƏRLƏR / Hərbi

Zaxarova: Fransa İrəvana yararsız hərbi texnika satıb

Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib

Zaxarova: Fransa İrəvana yararsız hərbi texnika satıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransa İrəvana qeyri-likvid hərbi texnika satıb.

    Bunu bu gün keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın “Bastion” zirehli maşınlarının Ermənistana göndərilməsini şərh edərkən deyib.

    Zaxarovanın sözlərinə görə, Paris həmin texnikanı başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana göndərib.

    XİN rəsmisi qeyd edib ki, Ermənistana həmin texnikanın tədarük edilməsinin ölkənin təhlükəsizliyinin təmin olunmasına fayda verəcəyi ilə bağlı arqumentlər səsləndirmək sadəlövh görünür:

    “Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib”.