Ermənistan hərbi sahədə ABŞ-la yaxınlaşmaq istəyir
Müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin geniş nümayəndə heyəti ilə görüşüb
Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Keyt Fillips və Patrik Prayorun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn və səfirliyin hərbi attaşesi də iştirak edib.
Müdafiə sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib.