XƏBƏRLƏR / Hərbi

Ağdamda mina partlayıb, yaralanan var YENİLƏNİB

Hadisə Yusifcanlı kəndi ərazisində qeydə alınıb

Ağdamda mina partlayıb, yaralanan var YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:05

    Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) 26.03.2026-cı il tarixində saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    "Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda bildirilib.

    ***

    14:20

    Ağdamda mina hadisəsi baş verib.

    Hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

    Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.