XƏBƏRLƏR / Hərbi

Baş Qərargah rəisi Kərim Vəliyev Pakistana gedib

O, Pakistanın hərbi rəhbərliyi ilə görüşür, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə gedəcək

Baş Qərargah rəisi Kərim Vəliyev Pakistana gedib
Kərim Vəliyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.

    Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub.